"Qarabağ" - "Şkendiya" oyununa neçə bilet satılıb? - SON DURUM

"Qarabağ" - "Şkendiya" oyununa neçə bilet satılıb? - SON DURUM

Bakıda "Qarabağ" ilə Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bilet satışı davam edir.

Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, artıq 14500 bilet alınıb.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə "köhlən atlar" rəqibi bir cavabsız qolla üstələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər