"Qarabağ" məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, Premyer Liqanın lideri XXXI turda qonağı olacağı "Simurq"la matçın hazırlıqlarına start verib.
Baş məşqçi Qurban Qurbanov "Rəvan" üzərində qələbədən sonra (5:1) komandaya 2 günlük istirahət vermişdi. B ugün yenidən yığışan "Qarabağ" günün yeganə çalışması üçün Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda yollanıb. Hazırlıq saat 16.30-da start götürüb.
Heyətdə cəzalı və zədəli futbolçuların olmaması texniki heyəti sevindirən əsas məqamdı. "Qarabağ" daha 2 gün Bakıda məşq etdikdən sonra Zaqatalaya yollanacaq.
Fanat.az