Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına bütün təyinatlar açıqlanıb. Fanat.az хəbər verir ki, hər iki oyunu 6 hakim təyin edilib.
"Qarabağ" - "Simurq" oyununa 6 FIFA referisi təyinat alıb. Belə ki, matçı Əliyar Ağayev idarə edəcək. Digər beynəlxalq dərəcəli hakimlər - Rəhim Həsənovla Orxan Məmmədov isə əlavə köməkçi hakimlər olacaq.
"Neftçi" - "İnter" matçı bu mövsümdən Premyer Liqaya təyinat alan İnqilab Məmmədova tapşırılıb.
Azərbaycan Kuboku
1/2 final
13 aprel
Qarabağ - Simurq
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
"İnter Arena". Saat 18.00.
Neftçi - İnter
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Bakcell Arena". Saat 19.00.
Fanat.az