Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda keçiriləcək "Qarabağ" - "Rudar" (Çernoqoriya) matçının hakimləri açıqlanıb. Fanat.az xəbər verir ki, görüşü rumıniyalı referi Sebastian Koltesku idarə edəcək.
Ona Radu Ginquleak və Mirça Qriqoryu yardımçı olacaq. Dördüncü hakim funksiyasını Georgi Qaman yerinə yetirəcək.
Matçın hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi bolqarıstanlı İvan Lekov olacaq.
Qeyd edək ku, "Qarabağ" - "Rudar" oyunu iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21.30-da başlayacaq.
Fanat.az