“Qarabağ” Avropa Liqasında "pley-off" mərhələsində İsveçin “Göteborq” klubu ilə keçirəcəyi oyunlar sifariş ərizəsini UEFA-ya təqdim edib. Fanat.Az xəbər verir ki, siyahıda 26 futbolçu yer alıb.
Amma klub yaxın gunlərdə hansısa transfer gerçəkləşdirsə, bu halda onun adını ilk oyuna bir gün qalmışa qədər sifariş edə bilər. Hazırda “Qarabağ”ın "pley-off" üçün sifariş etdiyi futbolçular aşağıda adları qeyd olunanlardır:
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, İbrahim Şehiç, Halit Oğuzxan.
Müdafiəçilər: Maksim Medvedev, Rəşad Sadıqov, İlqar Qurbanov, Arif Daşdəmirov, Ansi Aqolli, Elvin Yunuszadə, Eltun Turabov, Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: Qara Qarayev, Miçel, Muarem Muarem, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Salman Cəfərov, Əlhərbi El Jadeyaoui, Cavid Tağıyev, Coşqun Diniyev, Dani Kintana, Mahir Mədətov.
Hücumçular: Reynaldo, Namiq Ələsgərov, Vüqar Nadirov.
Qeyd edək ki, “Qarabağ”la “Göteborq” arasında "pley-off"un ilk oyunu avqustun 18-də İsveçdə, cavab matçı avqustun 25-də Bakıda olacaq.
Fanat.Az