İyulun 15-də Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Fanat.az xəbər verir ki, II təsnifat mərhələsinin ilk oyununda Lüksemburqun "Düdelanj" klubunu 2:0 hesabı ilə yenən "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
Bu mərhələdə 17 oyun baş tutacaq. Onlardan 13-ü birbaşa III təsnifat mərhələsinə vəsiqə qazanıb. Qalan 17 komanda isə II təsnifat mərhələsinə vəsiqə qazananlardı.
Püşkatma iki mərhələdən ibarət olacaq. Öz ölkəsində çempion olmayan 10 komanda "Liqa yolu"nda rəqiblərini tanıyacaq. Bu komandalar birbaşa III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qalan 3 komanda - "Olimpiakos", "Viktoriya", "Astra" və II təsnifat mərhələsinin 17 qalibi isə "Çempionlar yolu"ndakı 10 cütlüyü müəyyənləşdirəcək. "Qarabağ" Azərbaycan çemionu olduğu üçün "Çempionların yolu"nda mübarizəni davam etdirəcək.
"Qarabağ" - "Düdelanj" cütü reytinqə görə 11-ci olduğundan "Səpələnməmişlər" səbətində yer alacaq. Bu səbəbdən təmsilçimiz "Olimpiakas", "Viktoriya" və daha güclü 8 cütün qalibindən biri ilə qarşılaşacaq.
Çempionların yolu
Səpələnmişlər
Olimpiakos (Yunanıstan)
Viktoriya (Çexiya)
Zalsburq (Avstriya) - Liepaya (Latviya) cütünün qalibi
TNS (Uels) - APOEL (Cənubi Kipr) cütünün qalibi
Linkoln (Cəbəllütariq) - Seltik (Şotlandiya) cütünün qalibi
BATE (Belarus) - SJK (Finlandiya) cütünün qalibi
Zrinski (Bosniya və Herseqovina) - "Legiya (Polşa) cütünün qalibi
Vardar (Makedoniya) - Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi
Ludoqorets (Bolqarıstan) - Mladost (Çernoqriya) cütünün qalibi
Krusaders (Şimali İrlandyia) - Kopenhagen (Danimarka)
Səpələnməmişlər
Astra (Rumıniya)
Qarabağ (Azərbaycan) - Düdelanj (Lüksemburq) cütünün qalibi
Rusenborq (Norveç) - Norçopinq (İsveç) cütünün qalibi
Jalgirs (Litva) - Astana (Qazaxıstan) cütünün qalibi
Hapoel (Beyer-Şeva, İsrail) - Şerif (Moldova) cütünün qalibi
Valletta (Malta) - Srvena Zvezda (Serbiya) cütünün qalibi
Dinamo (Tiflis, Gürcüstan) - Alaşkert (Ermənistan) cütünün qalibi
Dandlak (İrlandiya) - Hafnarfyordur (İslandiya)
Olimpiya (Sloveniya) - Trençin (Slovakiya)
Partizani (Albaniya) - Ferensvaroş (Macarıstan) cütünün qalibi
Liqa yolu
Səpələnmişlər
Şaxtyor (Ukrayna)
Ayaks (Hollandiya)
Anderlext (Belçika)
Fənərbaxça (Türkiyə
Sparta (Çexiya)
Səpələnməmişlər
PAOK (Yunanıstan)
Styaua (Rumıniya)
Monako (Fransa)
Yanq Boyz (İsveçrə)
Rostov (Rusiya)
Fanat.az