"Qarabağ" "Lokomotiv"lə "sülh" bağladı - VİDEO

"Qarabağ" "Lokomotiv"lə "sülh" bağladı - VİDEO

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"hazırlıq çərçivəsində sonuncu yoxlama matçına çıxıb. Fanat.az xəbər verir ki, Ağdam klubu bu dəfə Rusiyanın "Lokomotiv" (Moskva) komandası ilə görüşdə qüvvəsini sınayıb.

4 qolun vurulduğu qarşılaşma sülhlə bitib. "Qarabağ"ın qollarına Reynaldo Silva və Cavid Tağıyev imza atıb.

Qeyd edək ki, "Qarabağ" ilk sınaq görüşündə yerli "Horn" komandasına 3:4, Rumıniyanın "Styaua" klubuna isə 2:3 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu

7 iyul

Qarabağ - Lokomotiv 2:2

Qollar: Reynaldo Silva, 45+1. Cavid Tağıyev, 78 - Alan Kasayev, 36. Dmitri Tarasov, 74.

"Qarabağ"ın start heyəti: İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov (к), Bədavi Hüseynov, Ansi Aqollu, Qara Qarayev, Riçard Almeyda, Cavid Tağıyev, Alharbi El-Jadeyui, Dani Kintana, Reynaldo Silva.

İkinci hissədə meydana çıxanlar: Elvin Yunuszadə, Coşqun Diniyev, Elvin Məmmədov, Vüqar Mustafayev, Azər Salahlı, Namiq Yusifov və İlqar Qurbanov.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər