"Qarabağ" "Liverpul"u qabaqladı

"Qarabağ" "Liverpul"u qabaqladı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, siyahıda 200 ən güclü komanda yer alıb. 
Avropa Liqasında 3 mərhələ keçən “Qarabağ” dünyanın 111-ci komandasıdı. Hesabında 119,5 xal olan Qurban Qurbanovun yetirmələri “River Pleyt” (Argentina), “Marsel” (Fransa), MOİK (Rusiya), “Udineze” (İtaliya), “Anderlext” (Belçika), “Malaqa” (İspaniya), “Nyukasl”, “Everton”, “Liverpul”, “Viqan” (hamısı İngiltərə), “Volfsburq”, “Ştutqart” (hər ikisi Almaniya) kimi klubları arxada qoyur. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər