"Qarabağ" "Liverpul"u geridə qoydu

"Qarabağ" "Liverpul"u geridə qoydu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, İFFHS 2013-cü il iyunun 1-dən 2014-cü il mayın 31-dək olan dövr üçün dünyanın 200 ən yaxşı klublarını müəyyənləşdirib.
 
Cədvəldə Azərbaycanın yeganə təmsilçisi kimi "Qarabağ" yer alıb. Ötən ay 123 xalla 119-cu yerdə olan Ağdam klubu 8 pillə irəliləyərək 122 xalla 111-ci pilləyə yüksəlib. Bir xal itirməsinə baxmayaraq, "Qarabağ" uğurlu çıxışı sayəsində siyahıda "Everton", "Liverpul", "Atletik", "Fənərbaxça", "Anderlext", ÇSKA (Moskva) kimi klubları qabaqlamağı bacarıb. Onu da bildirək ki, bu siyahıda "Sent-Etyen" və "Makkabi"ylə eyni xala malikdi.
 
İlk 10-luğa nəzər saldıqda yalnız "Çelsi"nin ötən ayla müqayisədə 13 pillə gerilədiyini görərik. "Zadəganlar" bunun nəticəsində 22-ci pilləyə düşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər