"Qarabağ" "Liverpul"u 5 pillə qabaqladı

"Qarabağ" "Liverpul"u 5 pillə qabaqladı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Fanat.az xəbəp verir ki, qurumun mart ayı üçün reytinq cədvəlində 201 klub yer alıb.
Siyahıya Azərbaycanın yenə bir klubu düşüb. Aktivində 126 xalı olan Ağdam klubu iki pillə geriləyərək 112-ci yerə düşüb. Serbiyanın “Voyvodina” klubu da eyni göstəriciyə malikdi.
"Qarabağ" İngiltərə Premyer Liqasının qalibi "Liverpul" 3 (131-ci pillə), Fransa Liqa 1-nin ikinci pilləsində qərarlaşmış "Monako" 10 (136-cı yer), İspaniya "Atletik"ini isə 20 (146-cı yer) pillə qabaqlayır.
Siyahının ilk 5 pilləsində dəyişiklik olmayıb. "Bavariya" yenə 1, "Real" 2, "Barselona" 3, "Çelsi" 4, "Atletiko" isə 5-ci yerdə qərarlaşıb. İlk "onluq"da həmçinin "Bazel" (İsveçrə), PSJ (Fransa), "Nasional" (Kolumbiya), "Fiorentina" (İtaliya) və "Lanus" (Argentina) yer alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər