Türkiyənin məşhur "Lig TV" kanalı "Qarabağ" haqqında sujet hazırlayıb. Fanat.az xəbər verir ki, bu gün adıçəkilən kanalda "Qarabağ"ın son turda "Neftçi" ilə oyununu haqqında məlumat verilib.
"Qarabağ" - "Neftçi" oyununu Azərbaycan derbisi adlandıran xəbərdə vitse-prezident Tahir Gözəlin qələbə sonrası təəssüratları yer alıb. Eyni zamanda "Qarabağ"ın vəkili Qurur Qayə Günalda Avroliqanın qrup mərhələsinin sonuncu turunda CAS-a (İdman Arbitraj Məhkəməsi) müraciət etdiyini bildirib.
Xatırladaq ki, "Qarabağ"ın qrup mərhələsinin sonuncu oyununda qaydalar çərçivəsində vurulan qolu oyunun baş hakimi qeydə alınmayıb və komandamız buna görə UEFA-ya şikayət etmişdi. UEFA klubun şikayətini təmin etmədiyindən "Qarabağ"ın vəkili ən ali məhkəmə qurumu olan CAS-a müraciət edib.
Fanat.az