"Qarabağ" - "Kopenhagen" oyununun hakimləri bilindi

"Qarabağ" - "Kopenhagen" oyununun hakimləri bilindi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun hakimləri bəlli olub.

Fanat.Az xəbər verir ki, matçı niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

Laynsman qismində Ervin Zeynstra ilə Patrik İnya iş başında olacaqlarsa, Yannik Van Der Laan isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər