Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, bu gün mərhələnin ilk oyunları keçirilib.
Günün ilk oyununda “İnter” “Qarabağ”ı qəbul edib. Çempionluğun biraddımlığında olan Ağdam klubu finala vəsiqənin taleyini də ilk matçda həll edib. Belə ki, Qurban Qurbanovun yetirmələri səfər matçında 4:0 hesablı qələbə qazanıb. 19-cu dəqiqədə hesabı açan Migel Madera 61-ci dəqiqədə dublunu rəsmiləşdirib. 7 dəqiqə sonra Dani Kintana fərqlənib. 85-ci dəqiqədə isə Reynaldo Silva son nöqtəni qoyub.
Günün ikinci oyunu isə "Bakcell Arena"da keçirilib. İki il əvvəl finalda üz-üzə gələn “Neftçi” ilə “Qəbələ” bu dəfə bir öncəki mərhələdə kimin güclü olduğuna aydınılıq gətirməyə çalışıb. Cavab matçınadək Premyer Liqada da qarşılaşmalı olan komandaların oyununda 2 qol vurulub.
5-ci dəqiqədə qonaqlardan Aleksey Qay hesabı açıb. 71-ci dəqiqədə Rəhman Hacıyev bərabərliyi təmin edib. 84-cü dəqiqədə Rəşad Sadiqov qırmızı vərəqə alıb və "Qəbələ" azlıqda qalıb. Lakin "Neftçi" qələbə topunu vura bilməyib.
Qeyd edək ki, kubokun cavab oyunları mayın 4-də keçiriləcək.
Azərbaycan Kuboku
1/2 final
İlk oyunlar
27 aprel
İnter - Qarabağ 0:4
Qollar: Migel Madera, 19; 61. Dani Kintana, 67. Reynaldo Silva, 85.
İnter: 79. Georgi Lomaya (k), 3. Denis Silva, 4. Laşa Kasradze (77. Mirsahib Abbasov, 70), 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov (9. Qara Qarayev, 88), 19. Mirhüseyn Seyidov (12. Ruslan Əmircanov, 78), 24. Fuad Bayramov, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 2. Sertan Taşkın, 20. Yuri Fomenko, 33. Aqşin Quluzadə.
Baş məşqçi: Zaur Svanadze.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (22. Əfran İsmayılov, 76), 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 25. Ansi Aqolli, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov (91. Coşqun Diniyev, 66), 99. Muarem Muarem (9. Reynaldo Silva, 16).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 90. Samuel Armenteros.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqə: Mirhüseyn Seyidov, 36 (hakimə etiraz etdiyinə görə).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
“İnter Arena”. 2316 tamaşaçı.
Neftçi - Qəbələ 1:1
Qollar: Rəhman Hacıyev, 71 - Aleksey Qay, 5.
Neftçi: 1. Aqil Məmmədov, 3. Jairo Rodriges, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 20. Anete, 27. Məqsəd İsayev, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 6. Aylton Silva, 18. Elşən Rzazadə, 19. Fəhmin Muradbəyli, 14. Məhəmməd Qurbanov, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 34. Urfan Abbasov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 21. Arif Daşdəmirov, 32. Rəşad Eyyubov, 77. Ehtiram Şahverdiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Qırmızı vərəqə: Rəşad Sadiqov, 84.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bakcell Arena".
Fanat.az