"Qarabağ" - "İnter" görüşünün yeri və vaxtı dəyişdirildi

"Qarabağ" - "İnter" görüşünün yeri və vaxtı dəyişdirildi

“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, “İnter”lə Topaz Premyer Liqasının XXVII turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib. Famat.az xəbər verir ki, buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidi. 

PFL yuxarıda göstərilənləri nəzərə alaraq, aprelin 1-də baş tutmalı olan oyunu bir gün sonraya təyin edib. Qarşılaşma aprelin 2-də “Bakcell Arena”da baş tutacaq və saat 18.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər