"Qarabağ" - "Göteborq" oyununun biletləri satışda

"Qarabağ" - "Göteborq" oyununun biletləri satışda
Avropa Liqasının "pley-off" mərhələsinin cavab matçında avqustun 25-i "Qarabağ" İsveçin "Göteborq” klubunu qəbul edəcək. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri bu gün Respublika stadionunun kassalarında satışa çıxarılıb.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11-18 nömrəli sektorlar - 5AZN
VİP - 30 AZN
Qeyd edək ki, "Qarabağ" - "Höteborq" matçı avqustun 25-i saat 20:30-da start götürəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər