"Qarabağ", "Fənərbaxça" və PSJ üçün önəmli həftə

"Qarabağ", "Fənərbaxça" və PSJ üçün önəmli həftə
Avropanın bəzi ölkələrində çempionlar artıq müəyyənləşsə də, bəzilərində mübarizə hələ davam edir. "Böyük beşlik"dən hələlik yalnız Almaniyada yeni çempion bəllidi. "Bavariya" mövsümün sonuna 7 tur qalmış birinciliyini elan edib. İspaniya, İngiltərə, İtaliya və Fransada isə mübarizə davam edir. 
Bu çempionatlarla yanaşı, Türkiyə və Hollandiya kimi aparıcı birinciliklərdə də çempion hələ müəyyənləşməyib. Bu həftə 4 komandanın qızıl medalları özü üçün təmin etməsi gözlənilir.
İtaliyada "Yuventus"...
Avropa Liqasında mübarizəni davam etdirən "Yuventus" ardıcıl 3-cü, ümumilikdə isə 30-cu çempionluğunu elan etməyə hazırlaşır. XXXIV turdan sonra 90 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edən Turin klubu "Roma"nı 8 xal qabaqlayır. Paytaxt təmsilçisi XXXV turda "Milan"ı qəbul edəcək. "Roma" bu oyunda xal itirsə, "Yuventus" "Sassuolo"nu yenərək çempionluğunu elan edə bilər. 
Fransada PSJ...
Fransada PSJ ardıcıl 2-ci, tarixinin 4-cü çempionluğunu elan etməyə hazırlaşır. XXXIV turdan sonra 82 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edən komanda "Monako"nu 10 xal qabaqlayır. Paris klubu aprelin 27-də "Soşo"nun qonağı olacaq. PSJ qazanacağı bir xalla çempionluğunu rəsmiləşdirəcək. Parislilər məğlubiyyətlə də çempionluğu bayram edə bilər. Bunun üçün "Monako"nun "Ayaçço" ilə səfər matçında xal itirməsi vacibdi.
Türkiyəyə "Fənərbaxça"...
Türkiyə Super Liqasının turnir cədvəlinə başçılıq edən "Fənərbaxça" 30 oyunda 67 xal toplayıb və "Beşiktaş"ı 12 xal qabaqlayır. İstanbul klubu "Çaykur Rizəspor"u qonaq edəcək 1 xal qazanacağı halda çempionluğunu elan edəcək. "Fənərbaxça" məğlub olacağı halda da qızıl medalları özü üçün təmin edə bilər. Bunun üçün "Beşiktaş"ın "Sivasspor"la səfər matçında xal itirməsinə ümid etməlidi.
Hollandiyada isə "Ayaks"
 
Hollandiya çempionatının 32 turundan sonra 69 xalla turnir cədvəlinə başçılıq edən "Aykas" da bu həftə çempionluğunu elan etməyə yaxındı. Amsterdam təmsilçisi "Herkules"lə səfər matçında bir xal qazanacağı halda ardıcıl 4-cü, ümumilikdə isə 33-cü dəfə qızıl medallara sahib çıxacaq. 63 xalla ikinci pilləni tutan "Feyenoord" "Kambur"la ev oyununda xal itirsə, "Ayaks"ın qələbəsinə ehtiyac qalmayacaq.
 
Bəs "Qarabağ"?
Azərbaycan Premyer Liqasına gəlincə, "Qarabağ" 31 oyundan sonra 67 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "İnter"i 10 xal qabaqlayır. Ağdam klubu bu turda çempionluğunu rəsmiləşdirə bilər. Amma bunun üçün onların qələbəsi yetərli deyil.
Belə ki, "Neftçi"ni udacağı halda xal hesabını 70-ə çatdıracaq "Qarabağ" "İnter"in də uduzmasına dua edəcək. Bu halda tərəflər arasındakı xal fərqi 13-ə yüksələcək. "İnter" "Xəzər Lənkəran"la heç-heçə oynayacağı halda da Qurban Qurbanovun komandası mövsümün sonuna 4 tur qalmış çempion ola biləcək. Düzdü, bu halda fərq 12 xal olacaq və son 4 turda bu fərqi aradan qaldıraraq, xal hesabını bərabərləşdirmək olar. Amma "Qarabağ" bu mövsüm "İnter"lə keçirdiyi bütün qarşılaşmalarda qalib gələrək (2:1, 2:0, 3:0) əsas rəqibi ilə şəxsi oyunlarda böyük üstünlük əldə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər