"Qarabağ" "Qəbələ" ilə oyuna hazırdı. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXXII turunda eyniadlı şəhərin komandasının qonağı olacaq Ağdam klubu bu gün sonuncu məşqini edərək oyun hazırlıqlarını bitirib.
"Qarabağ"ın məşqi 19.00-da start götürüb və 1 saat davam edib. Məşq Qəbələ şəhər stadionunda baş tutub.
Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma 19.00-da başlayacaq. Oyunu Elvin Əsgərovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Fanat.az