Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsinin ilk oyununda "Düdelanj" klubunu qəbul edəcək.
Fanat.az xəbər verir ki, Lüksemburq təmsilçisi ilə Bakıda keçiriləcək ilk matçın hakimləri də bəlli olub.
Belə ki, iyulun 12-də keçiriləcək qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Orel Qrinfild, köməkçiləri isə İdan Yarkoni və Danni Krasikovdu.
Qeyd edək ki, "Qarabağ" - "Düdelanj" matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Fanat.az