"Qarabağ" "Dnepr"ə məğlub olmayacaq"

"Qarabağ" "Dnepr"ə məğlub olmayacaq"
Milli komandamızın sabiq üzvü Aleksandr Çertoqanov "Dnepr" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, ukraynalı futbolçu Ukrayna mətbuatına müsahibəsində bunları deyib:
"Qarabağ" topu saxlamağı və əsasən yerdən oynamağı bacaran komandadı. Müdafiəçiləri də çox texnikalıdı. Onlar müdafiədən hücuma çox sürətlə çıxmağı bacarırlar. Komandada yaxşı atmosfer var. "Dnepr"in oyunlarını müxtəlif turnirlərdə izləmişəm. Fikrimcə, "Qarabağ" "Dnepr"ə məğlub olmayacaq. "Qarabağ" yaxşı komandadı. Hazırda "Dnepr"in daha güclü olduğunu düşünmürəm. "Qarabağ"da Riçard Almeyda və Reynaldo aparıcı rol oynayır. Reynaldonu "Ayntraxt" və "Zalsburq" klubları transfer etmək istəsələr də, komandanı futbolçunu buraxmadı. Həmçinin millinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovu da qeyd etmək lazımdı. Oyun planında çox güclü futbolçudu. Qapıçılar İbrahim Şehiç və Fərhad Vəliyev də yaxşı təsir bağışlayırlar. Hər ikisi sabit çıxış edir və beynəlxalq təcrübələri var. Təbii ki, turnirdə mübarizəni davam etdirmək üçün "Dnepr"ə bu görüşdə qələbə qazanmaq lazımdır. Ancaq "Qarabağ" klubu da qarşıya qoyulan vəzifəni yerinə yetirməyə çalışacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər