"Qarabağ" - "Dnepr" oyununa bilet satışı davam edir. Fanat.az-ın əldə etdiyi məlumata görə, dünən satışa çıxarılan biletlərdən artıq 14 mini satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" oyunu oktyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək və saat 21.00-da başlayacaq. Matçın biletləri mərkəzi arenanın kassalarında satılır.
Fanat.az