AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Norveç - Azərbaycan matçının hakimləri açıqlanıb. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı polşalı ədalət təmsilçilərinə tapışırıb.
Matçı 2009-cu ildən FIFA referisi statusu daşıyan Pavel Gil idarə edəcək. 39 yaşlı hakim azərbaycanlı azarkeşlərə yaхşı tanışdı. O, 2008/09 mövsümündə Çempionlar Liqasında Bakı "İnter"inin oyununa təyinat alıb. Belə ki, Gil 29 iyul 2008-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Partizan"la matçın 4-cü hakimi olub (1:1).
Polşalı referi 2013/14 mövsümündə Çempionlar Liqasının "Şkenderbeu" - "Neftçi" oyunu idarə edib. 2013-cü ilin 23 iyulunda Korçedə baş tutan oyunda albanlar 1:0 hesablı qələbə qazanıb. Gil "Neftçi"nin futbolçularına 5 sarı vərəqə göstərib və 90+2-ci dəqiqədə İqor Mitreskini meydandan qovub.
Referi son olaraq başa çatan mövsümdə Avropa Liqasının "Dnepr" - "Qarabağ" oyununu idarə edib. Ötən ilin 6 noyabrında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda ukraynalılar 2:1 hesablı qələbə qazanıb. Gil bu oyunda "Qarabağ"dan yalnız Bədavi Hüseynova sarı vərəqə göstərib.
Polşalı referiyə Norveçlə matçda həmyerliləri - Konrad Sapela, Marçin Borkovski və Radoslav Sieyka yardım edəcək. Bartoş Frankovski və Kristof Yakubik isə əlavə köməkçi hakimlər olacaq.
Fanat.az