Çempionlar Liqasının III təsnifat mərhələsində 30 komanda iştirak edəcək. Fanat.az xəbər verir ki, onlardan 15-i play-off mərhələsinə vəsiqə əldə edəcək.
Azərbaycan çempionu "Qarabağ" II təsnifat mərhələsində Malta çempionu "Valletta"nı sıradan çıxara bilsə, III mərhələnin 30 iştirakçısından biri olacaq.
Hələ ki, bu mərhələnin 13 iştirakçısı bəllidi. Bunlar II təsnifat mərhələsinə birbaşa vəsiqə qazanıb. Onlardan 3-ü ölkələrinin çempionudusa, 10-u qeyri-çempionlardı. Daha 17 iştirakçı II təsnifat mərhələsindən gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq. "Qarabağ" bu dəfə zəiflərin yer aldığı "səpələnməmişlər" səbətində yer alacaq və rəqibi güclülərin yerləşdiyi "səpələnmişlər" səbətindən seçiləcək.
Çempionlar
APOEL (Cənubi Kipr)
Olborq (Danimarka)
Salzburq (Avstriya)
Qeyri-çempionlar
Lill (Fransa)
Dnepr (Ukrayna)
Zenit (Rusiya)
Feyenoord (Hollandiya)
Beşiktaş (Türkiyə)
Standard (Belçika)
Panatinaykos (Yunanıstan)
Qrasşoppers (İsveçrə)
AEL (Cənubi Kipr)
Kopenhagen (Danimarka)
Fanat.az