"Qarabağ" - "Bakı":kubokda 5-ci duel

"Qarabağ" - "Bakı":kubokda 5-ci duel

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Bakı"nı sınağa çəkəcək. Fanat.az хəbər verir ki, bu komandalar arasında kubokda 5-ci duel olacaq.

Ağdam və Bakı klubları bundan əvvəl 2 dəfə 1/4, 2 dəfə 1/2 finalda üz-üzə gəlib. 8 oyunda "Bakı" cəmi bir qələbə qazanıb, "Qarabağ" 5 dəfə sevinib, 2 oyun isə "sülh"lə bitib. Ağdamlıların 10 qoluna paytaхt təmsilçisi 5 dəfə cavab verə bilib.

Ağdam klubu 4 haldan 3-də mərhələ adlayan tərəf olub. "Bakı" isə bir dəfə penalti seriyasını qazanaraq mərhələ keçib.

Qeyd edək ki, komandalar cari mövsümdə Premyer Liqada 3 dəfə qarşılaşıb. Bir oyun "sülh"lə bitib (2:2), qalan iki qarşılaşmada "Qarabağ" qələbə qazanıb - 4:2, 4:1.

1997/98

1/4 final

Dinamo (Bakı) - Qarabağ (Ağdam)

0:0, 0:2

2005/06

1/4 final

Qarabağ (Ağdam) – Bakı

3:2, 0:0

2008/09

1/2 final

Bakı - Qarabağ (Ağdam)

1:2, 1:2

2011/12

1/2 final

Bakı - Qarabağ (Ağdam)

0:1, 1:0, p.5:4

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər