"Qarabağ" "Bakı" matçına kapitansız çıxacaq?

"Qarabağ" "Bakı" matçına kapitansız çıxacaq?
"Qarabağ" Premyer Liqanın XXV turunda "Bakı"nı qəbul edəcək. Fanat.az xəbər ki, Ağdam klubu matçın hazırlıqlarını davam etdirir.
Premyer Liqanın lideri 2014-cü ilin ən uğurlu komandası ilə oyuna tam heyətlə çıxa bilməyəcək. Belə ki, Riçard Almeyda ötən tur sarə vərəqə limitini doldurduğundan bu dəfə kənarda qalacaq. Rəşad Sadıqovun isə kiçik zədəsi var. Millinin Dubay toplanışına qatılan kapitanın Filippin matçında meydana çıxması sual altında idi. Berti Foqts start heyətində şans vermədiyi Sadıqovu 58-ci dəqiqədə Ruslan Abışovun əvəzinə meydana buraxmışdı. Düzdü, Rəşad komandanın məşqlərinə qatılır. Lakin ağrıları davam edən kapitanın "Bakı"ya qarşı oynayıb-oynamayacağı bu gün bilinəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər