"Qarabağ" "Bakcell Arena"ya köçdü - "Bakı-2015"ə görə

"Qarabağ" "Bakcell Arena"ya köçdü - "Bakı-2015"ə görə

"Qarabağ"ın mövsümün sonunadək ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Klubun baş meneceri Asif Əsgərovun report.az-a verdiyi məlumata görə, Ağdam təmsilçisi gələn aydan rəqiblərini "Bakcell Arena"da qəbul edəcək. 

Əsgərov yalnız aprelin 1-də "İnter"lə əvvəlki kimi, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşma variantının olduğunu bildirib. 

Hazırda "Neftçi" rəqiblərini "Bakcell Arena"da qəbul edir. "Qarabağ"ın da gəlişindən sonra hər iki komandanın eyni stadiondan yararlanmasında problem yarana bilər. Lakin klub rəsmisi belə bir ehtimalın olmadığını vurğulayıb: "Premyer Liqanın qalan bölümündə "Neftçi" və "Qarabağ"ın ev oyunları eyni tura təsadüf etməyəcək. Bu hal yalnız aprelin 1-də baş verəcək. Həmin gün "İnter"i Respublika stadionunda qəbul etmək niyyətindəyik". 

Qeyd edək ki, "Qarabağ"ın ev arenası kimi yararlandığı Tofiq Bəhramov adına Respublika stadionu apreldən "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin sərəncamına keçəcək. Mərkəzi stadionda Avropa Oyunları zamanı kamandan oxatma yarışları təşkil olunacaq. Arena "Bakı-2015"dək oxatma yarışları üçün əlverişli vəziyyətə salınacaq. "Qarabağ" isə mövsümün sonunadək "İnter"dən əlavə, AZAL, "Neftçi" və "Sumqayıt"ı qəbul edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər