Avropa Liqasının F qrupunda mübarizə aparan "Qarabağ" dünən "Sent-Etyen"lə "sülh" (1:1) bağladı. Fanat.az xəbər verir ki, Ağdam klubu bu nəticə ilə 1/16 finala vəsiqə şansını son tura saxlayıb.
5 turda 11 xal toplayan "İnter" növbəti mərhələyə vəsiqəni və birinci pilləni təmin edib. Son tur ərəfəsində ikinci vəsiqəyə 3 komanda iddia edir. Belə ki, "Qarabağ"la yanaşı, "Sent-Etyen" və "Dnepr"in də mərhələ adlamaq şansı var.
"Qarabağ" sonuncu turda evdə "İnter"i yensə, digər matçın nəticəsindən aslı olmayaraq adını 1/16 finala yazdıracaq. Azərbaycan çempionu heç-heçə ilə də mərhələ adlaya bilər. Bunun üçün "Dnepr" - "Sent-Etyen" matçının da "sülh"lə başa çatması vacidi. Bu zaman Azərbaycan və Fransa klublarının aktivində 5 xal olacaq. "Qarabağ" şəxsi oyunlarda rəqibindən üstün olduğu üçün ikinci vəsiqəyə sahib çıxacaq.
| 1 | İnter | 5 | 3 | 2 | 0 | 6:2 | 11 |
| 2 | Qarabağ | 5 | 1 | 2 | 2 | 3:5 | 5 |
| 3 | Sent-Etyen | 5 | 0 | 5 | 0 | 2:2 | 5 |
| 4 | Dnepr | 5 | 1 | 1 | 3 | 3:5 | 4 |
Fanat.az