Bu gün Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun qarşılaşmaları keçiriləcək. Fanat.az xəbər verir ki, qruplardakı vəziyyəti təhlil edən Rusiya mətbuatı Azərbaycan çempionu "Qarabağ"ın yer aldığı qrupa da yer ayırıb.
"F qrupunda qarışıqlıq davam edir. Milan "İnter"i 3-cü turda "Sent-Etyen"lə evdə heç-heçə oynayıb. İndi italyanlar Fransaya sakit gələcəklərini təmin etmək üçün yollanırlar. Rəqiblər eyni zamanda "Qarabağ"la lokal mübarizə aparırlar və fransızlar üçün, yumuşaq desək, "İnter" üzərində qələbə lap yerinə düşər. Azərbaycan klubu ötən tur "Dnepr" üzərində qələbə qazanmaqla qan iyini hiss edib. Bununla da onlar ukraynalıları pis vəziyyətə salıblar. "Qarabağ"dan alınan ardıcıl ikinci məğlubiyyət "Dnepr" üçün faciəyə çevriləcək. Bu səbəbdən də onlar üçün geriyə yol yoxdu"
Fanat.az