"Qarabağ" Portuqaliyadan hücumçu alır

"Qarabağ" Portuqaliyadan hücumçu alır

"Qarabağ" portuqaliyadan futbolçu transfer edir. Fanat.az xəbər verir ki, Ağdam klubu Danilo Diasa elçi düşüb. Hazırda tərəflər arasında danışıqlar prosesi gedir.

Tam adı Danilo Leandro Dias olan forvard 1985-ci ilin 6 noyabrında Braziliyanın Ceres şəhərində dünyaya gəlib. 28 yaşlı hücumçu 2010-cu ildən Portuqaliyanın "Maritimo" klubunda çıxış edir. Bu müddətdə o, 126 oyuna çıxıb və 17 qol vurub.

Dias "Maritimo"dan əvvəl Braziliyanın "Qoias", "Bandeirante", "Qama", "Atletiko Qoyaniense", "Qoyania", "Noroeste", "İpatinqa" və "Uberaba" klublarında çıxış edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər