"Qarabağ" polşalı hakimlərə əmanət

"Qarabağ" polşalı hakimlərə əmanət

Avropa Liqasının qrup mərhələsində noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, qarşılaşma polşalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Pyotr Sadçukla və Marçin Borkovski köməklik edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da, saat 21.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər