"Qarabağ" polisdən kömək istədi - BƏYANAT

"Qarabağ" polisdən kömək istədi - BƏYANAT
"Qarabağ" klubu bəyanat yayıb. Fanat.az xəbər verir ki, Ağdam klubu qanunsuz bilet satışının qarşısının alınması məqsədi ilə polisə müraciət edildiyi açıqlayıb:
"Bildiyiniz kimi bu ayın 21-i "Qarabağ" Avropa Liqasının play-off mərhələsi çərçivəsində Hollandiya təmsilçisi "Tvente"ni qəbul edəcək. Oyuna marağın böyük olmasını nəzərə alaraq, dünəndən bilet satışı başlanılıb və artıq 5000-dən çox bilet satılıb. Bilet satışı zamanı bir sıra problemlərin yaranmasını nəzərə alan "Qarabağ" rəhbərliyi kassa önündəki "qara bazar"ı yığışdırmaq üçün Bakı şəhər Nərimanov rayon polis idarəsinə müraciət edib. Kassadan rahat bilet almaq üçün isə kassa ətrafına şəxsi mühafizəçilər yerləşdirilib".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər