"Qarabağ" - Platini - "Sent-Etyen"

"Qarabağ" - Platini - "Sent-Etyen"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində debüt oyununa 2 gün qalıb. Fanat.az xəbər verir ki, rəqib Fransanın "Sent-Etyen" klubudu.

Bu klubun tarixinə ekskurs etdikdə ən maraqlı məqam vaxtilə "ağ-yaşıllar"ın sıralarında UEFA-nın hazırkı prezidenti Mişel Platinin oynamasıdı.

Fransa futbolunun canlı əfsanəsi 1979-1982-ci illər aralığında "Sent-Etyen"in şərəfini qoruyub. "Qarabağ"ın rəqibinin sıralarında 1 dəfə Fransa çempionluğunu yaşamış Platini, 2 dəfə də ölkə Kubokunun finalında iştirak edib. 

Platini "Sent-Etyen"in heyətində ümumilikdə 104 oyun keçirib və bu görüşlərdə 58 dəfə fərqlənməyi bacarıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər