"Qarabağ" oyununda anşlaq olacaq: Nə qədər bilet satılıb?

"Qarabağ" oyununda anşlaq olacaq: Nə qədər bilet satılıb?

"Qarabağ” sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

Fanat.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə heç-heçə etdiyi Çexiya "Viktoriya”sı ilə qarşılaşacaq. 

Artıq satışa çıxarılmış biletlərin 17 mini bilet satılıb. Azarkeşlərin matça marağı isə davam edir. Oyuna bir gündən artıq vaxt qaldığını və azarkeşlərin əsasən oyun saatında bilet aldığını nəzərə alsaq, matçda anşlaq olacağını deyə bilərik.

Qeyd edək ki, "Qarabağ” - "Viktoriya” matçı saat 20.30-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər