"Qarabağ" oyun günü də məşq etdi

"Qarabağ" oyun günü də məşq etdi
"Qarabağ" "Tvente" ilə oyuna hazırdı. Fanat.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Hollandiya klubunun qonağı olacaq komandamız hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. 
Dünən oyunun keçiriləcəyi stadionda 1 saatlıq məşq edən "Qarabağ" bu gün sonuncu çalışmayla hazırlıqları bitirib. Azərbaycan çempionu Bakı vaxtı ilə saat 14.00-da məşqə çıxıb. Məşq 1 saat davam edib. Hazırlıq prosesində Hollandiyaya aparılan 23 futbolçunun hamısı iştirak edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər