"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Köhlən atlar" Kris Kuaku ilə anlaşıb. 25 yaşlı mərkəz yarımmüdafiəçisinin son iş yeri Portuqaliya "Mafra"sı olub. 

Fil Dişi Sahilindən olan futbolçu ilə "2+2" illik müqavilə imzalanıb. O, “Qarabağ”da "6" nömrəli forma ilə çıxış edəcək.

Kuaku karyerası ərzində 152 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər