Azərbaycan çempionu və kubokunun qalibi "Qarabağ"ın istirahəti davam edir. Fanat.az xəbər verir ki, mövsümü "Qızıl dubl"la başa vuran komandanın legionerləri vətənlərinə yollansa da, milli futbolçular yığma ilə birlikdə hələ də təlim-məşq toplanışdadı.
Yeni mövsüm üçün "Qarabağ" iyunun 18-də yığışacaq. Çempionlar Liqasının II təsnifat mərhələsindən yarışa başlayacaq olan komanda təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Ağdam klubu ötən il olduğu kimi bu il də Almaniya-Avstriya sərhədində yerləşən Kössendə hazırlıq keçəcək.
Püşkün nəticəsindən asılı olaraq komanda ölkəyə dönüş tarixi müəyyənləşəcək. Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları 14-15 və 21-22 iyul tarixlərində keçiriləcək. Püşkə görə "Qarabağ" ilk oyunu evdə keçirməli olsa, komanda iyulun 8-də Bakıya qayıdacaq.
Fanat.az