"Qarabağ" müdafiədən çıxış edəcək"

"Qarabağ" müdafiədən çıxış edəcək"
Yunis Hüseynov “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı ilə bağlı proqnoz verib. Fanat.az publika.az-a istinadən xəbər verir ki, mütəxəssis “Zalsburq”un cavab matçına yaxşı hazırlaşacağını və açıq oyunun “Qarabağ” üçün pis nəticələnə biləcəyini deyib: 
“Etiraf edim ki, "Zalsburq"la ilk oyunda "Qarabağ"dan qələbə gözləmirdim. Buna baxmayaraq, "Qarabağ" çox gözəl oyun göstərdi. Növbəti görüş elə də asan olmayacaq. Düşünürəm ki,  "Qarabağ" səfər matçında müdafiədən çıxış edəcək. Təmsilçimizin açıq futbol oynayacağına inanmıram. Çünki açıq futbol “Qarabağ” üçün acınacaqlı bitə bilər. Rəqib cavab matçına ciddi hazırlaşır. Həmçinin düşünürəm ki, Reynaldo və Admir Telinin cavab matçında olmaması "Qarabağ"ın oyununa bir az mənfi təsir göstərəcək. Komandamıza uğurlar arzulayıram”.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər