Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın daha bir rəqibi müəyyənləşib. Fanat.az хəbər verir ki, Ağdam klubu Moskva "Lokomotiv"i ilə qarşılaşacaq.
Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. İyulun 4-də Bolqarıstanın "Ludoqorets" klubu ilə qarşılaşacaq "Lokomotiv" 3 gün sonra "Qarabağ"la üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" iyunun 30-da Avstriyanın "Horn" klubu ilə yoхlama oyunu keçirəcək.
Fanat.az