"Qarabağ" məğlubiyyətlə başladı

"Qarabağ" məğlubiyyətlə başladı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi yerli "Vakker” klubu ilə qüvvəsini sınayıb.

Oyunun taleyini bir qol həll edib. Matçın 41-ci dəqiqəsində qapısında qol görən "Qarabağ" görüşdən məğlub ayrılıb - 0:1.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ikinci sınaq matçını iyunun 28-i Rusiya çempionu "Zenit”ə qarşı keçirəcək. Son yoxlama oyunu isə iyulun 1-də "Skenderbeu” ilə olacaq. 

25 iyun

Yoxlama oyunu 

 

18:30. "Qarabağ” – "Vakker” - 0:1

Qol: Yamniq Floryan, 41 (0:1)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər