Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb. Fanat.az xəbər verir ki, hər iki oyun mayın 4-də baş tutacaq.
"Azərsun Arena" 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının oyunlarını qəbul edəcəyindən "Qarabağ" matçlarını bu stadionda keçirə bilməyəcək. Bu səbəbdən Ağdam klubu "İnter"i Masazır qəsəbə stadionuda keçirəcək.
Hər iki qarşılaşma "SBC Sport" vasitəsi ilə canlı yayımlanacaq.
4 may
16.00 Qəbələ - Neftçi
Qəbələ şəhər stadionu.
19.00 Qarabağ - İnter
Masazır qəsəbə stadionu.
Fanat.az