"Qarabağ" Maltadan 1:0-la qayıdır: penalti boşa getdi

"Qarabağ" Maltadan 1:0-la qayıdır: penalti boşa getdi
Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu mərhələdən mübarizəyə başlayıb.
Təmsilçimiz ilk oyununu səfərdə keçirib və Maltada "Valletta"nın qonağı olub. Ta-Qali stadionundakı oyunun taleyini bir qol həll edib. 17-ci dəqiqədə Çumbinyo hesabı açıb. 85-ci dəqiqədə Danilo Diasa qarşı kobudluq edən Conatan Karuana meydandan qovulub və "Valletta"nın qapısına penalti təyin edilib. Lakin trpa yaxınlaşan Riçar Almeyda onu düz qapıçının üstünə vurub. Bununla da "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" tarixində ilk dəfə Çempionlar Liqasına qatılıb. Ağdam klubu indiyədək Avropa Liqasında (UEFA Kuboku) 34, Kuboklar Kubokunun və İntertoto Kubokunun hərəsində 4 oyun keçirib. 
"Valletta" indiyədək 22 dəfə Malta çempionluğunu, 13 dəfə ölkə kubokunu və 10 dəfə Superkubokunu qazanıb. Komanda tarixi ərzində Çempionlar Liqasına (15 dəfə), Avropa Liqasına (11), Kuboklar Kubokuna (7) və İntertoto Kubokuna (2) qatılıb. "Qarabağ"ın rəqibi avrokuboklarda ən yaxşı halda 1 mərhələ keçə bilib.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
15 iyul
Valletta (Malta) - Qarabağ (Azərbaycan) 0:1
Qol: Cumbinyo, 17.
Valletta: 28. Nikki Velya, 2. Conatan Karuana, 3. Yan Azzopardi, 5. Rayan Kamilleri, 6. Rayan Fenek (k), 8. Faria, 10. Roderik Briffa, 15. Latif Elford Aliyu (9. Raaael Xooh-Sohna, 72), 18. Şon Bayada (17. Sirac Arab, 90+2), 30. Abdulkarim Nafti (24. Yan Zammit, 84), 36. Luke Dimeş. 
Ehtiyat oyunçular: 1. Yenz Cini, 11. Luke Montebello, 14. Hamшd Alkamali, 22. Daniel Ramilleri.
Baş məşqçi: Cilbert Aqius.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (7. Namiq Yusifov, 79), 24. Admir Teli (k), 25. Ansi Aqolli, 9. Reynaldo Silva, 10. Muarem Muarem (11. Danilo Dias, 72), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 41. Leroy Corc (17. Vüqar Nadirov. 87), 55. Bədavi Hüseynov, 70. Cumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 14. Rəşad Sadıqov.
Baş məşqçi: Qurban Qurbanov.
Dəqiq olmayan penalti: Riçard Almeyda, 85.
Sarı vərəqələr: Roderik Briffa, 71. Faria, 90+2.
Qırmızı vərəqə: Conatan Karuana, 84.
Hakimlər: Adrian Cakottet, Yohannes Vogel, Stepan De Almeyda, Sandro Şkarer (İsveçrə).
Hakim-inspektor: Alain Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Serxio Di Cesare (İtaliya).
MATÇDAN HƏQİQƏLƏR
I HİSSƏ
1 - Oyun başladı.
13 - Çumbinyonun təhlükəli zərbəsi qapıdan aralı keçdi.
14 - Leroy Corcun qüvvətli zərbəsi "Qarabağ"a küncdən zərbə qazandırdı.
16 - "Valletta" sürətli əks-hücum qurdu, amma İbrahim Şehiç rəqibin zərbəsinin qarşısını aldı.
16 - QOOOL! Çumbinyo mükəmməl zərbə ilə cərimə zərbəsindən hesabı açdı.
25 - Reynaldo cərimə meydançasına asanlıqla daxil oldu, amma zərbəsinin qarşısını müdafiəçi aldı.
29 - Reynaldonun qüvvətli zərbəsindən sonra qapı tirindən qayıtdı.
34 - Reynaldonun zərbəsini qapıçı dəf edə bildi, "Qarabağ" küncdən zərbə qazandı.
H/T: İlk yarı bitdi
II HİSSƏ
46 - İkinci hissə başladı
47 - Reynaldo ikinci qola çox yaxın oldu, amma zərbəsi dəqiq olmadı.
52 - Rəqib oyunda ilk dəfə olaraq topu küncdən oyuna daxil etdi, amma "Qarabağ"ın müdafiəçiləri topu ustalıqla uzaqlaşdıra bldi.
54 - Reynaldo rəqib qapıçı ilə mübarizədə məğlub olaraq topu itirdi.
57 - Ansi Aqolinin ideal ötürməsini Reynaldo qola çevirə bilmədi.
59 - İlqar Qurbanovun cərimə meydançasına ötürməsini Conatan Caruana uzaqlaşdırdı və "Qarabağ" küncdən zərbə qazandı.
65 - Leroy Corcun ideal zərbəsini rəqib qapıçı dəf edə bildi.
71 - Oyunda ilk sarı vərəqə "Valletta"ın oyunçusu Roderik Briffaya göstərildi.
72 - Danilo Dias Muarem Muaremin əvəzinə meydana daxil oldu.
72 - "Valletta"nın heyətində Latif Elford Aliyuni Raaael Xooh-Sohna əvəzlədi.
74 - Reynaldo yenə qapıçı ilə üzbəüz qaldı, amma zərbəsini qapıçı dəf etdi.
79 - Qurban Qurbanov ikinci dəyişiklikdən də istifadə etdi və Qara Qarayevin əvəzinə meydana Namiq Yusifovu meydana buraxdı.
84 - Danilo Diasa qarşı cərimə meydançasında edilən kobudluqdan sonra Conatan Karuana meydandan qovuldu və "Valletta"nın qapısına penalti təyin edildi.
84 - Malta klubunda Abdulkarim Naftini Yan Zammit əvəzlədi
85 - Penaltini yerinə yetirən Riçard Almeydanın zərbəsi dəqiq olmadı. Daha doğrusu o, topu rəqib qapıçının üstündə vurdu.
87 - Leroy meydanı tərk etdi və onu Vüqar Nadirov əvəzlədi
90+1 - Admir Telinin kobud səhvindən sonra rəqib hücumçu İbrahim Şehiçlə üzbəüz qaldl, amma bosniyalı qolkiper inamlı oyunu ilə topu uzaqlaşdırmağı bacardı.
90+2 - "Valletta"nın heyətində Şon Bayadanı Sirac Arab əvəzlədi
90+2 - Matçın ikinci sarı vərəqəsi rəqibin oyunçusu Fariaya göstərildi
F/T: Matç bitdi
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər