"Qarabağ" makedoniyalı müdafiəçi transfer edir?

"Qarabağ" makedoniyalı müdafiəçi transfer edir?
"Qarabağ" heyətinə daha bir makedoniyalı futbolçu qata bilər. Fanat.az xəbər verir ki, Ağdam klubunun Eqzon Belika ilə maraqlandığı bildirilir.
Məlumata görə, müdafiəçini "Qarabağ"a menecerlər təklif edib. Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov onu təlim-məşq toplanışında sınaqdan keçirmək istəyir.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi 2013/14 mövsümündə "Şkendiya"da çıxış edib. 25 oyunda meydana çıxan Belika 1850 dəqiqə oynayıb. O, əvvəllər Makedoniyanın "Ohrid", "Rabotniçki" və Rumıniyanın "Konkordiya" klublarında çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər