"Qarabağ" legionerinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdi

"Qarabağ" legionerinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdi

Bu gün "Qarabağ"ın futbolçusu Hamidu Keytanın Türkiyənin "Konyaspor" klubu ilə müqavilə bağlayacağı ilə bağlı informasiya yayılıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan təmsilçisi 29 yaşlı fransalının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Keytanı rənglərinə bağlayacağı deyilən "Konyaspor" isə "köhlən atlar"a rəsmi təklif göndərməyib.

Qeyd edək ki, sözügedən futbolçu ölkəmizdə daha öncə "Zirə"nin formasını geyinib. O, 2023-cü ildən "Qarabağ"ın uğurları üçün çalışırdı.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər