"Qarabağ" kuboku Ağdama nə vaxt aparacaq? - açıqlandı

"Qarabağ" kuboku Ağdama nə vaxt aparacaq? - açıqlandı
"Qarabağ"ın çempionluq kubokunu Ağdama aparacağı tarix müəyyənləşib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kubok çempionat və avrokuboklara milli oyunlar səbəbindən veriləcək fasilə zamanı - sentyabrın 1-7-si aralığından doğma şəhərə aparılacaq. "Qarabağ" səfərdə vitse-prezident Tahir Gözəl başda olmaqla tam heyətlə yollanacaq.
Qeyd edək ki, "Qarabağ"ı 2013/14 mövsümündə Azərbaycan çempionu olub. Klubun vitse-prezidenti Tahir Gözəl həmin vaxt bildirmişdi ki, kuboku görmək Ağdam camaatının haqqıdı və ən uyğun zamanda onu Ağdama aparacaqlar. Lakin avrokubokların sıx qrafiki ilə əlaqədar kubokun Ağdama aparılması yubanırdı. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər