"Qarabağ" Kadini ÇL-in iştirak ərizəsindən çıxardı - Dəyişiklik

"Qarabağ" Kadini ÇL-in iştirak ərizəsindən çıxardı - Dəyişiklik

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində dəyişiklik olub. 

Fanat.Az xəbər verir ki, məlumatı Ağdam klubunun rəsmi saytı yayıb. 

Joni Montiel “Qarabağ”ın sifariş vərəqinə daxil edilib.

İspaniyalı yarımmüdafiəçi zədələnən Kadi Borgesi əvəzləyib. Çempionlar Liqasının “Çelsi” ilə oyununda (2:2) xəsarət alan braziliyalı uzun müddətə heyətdən kənar qalacağı üçün onu Montiel əvəzləyib. 8-10 həftə heyətdən kənar qalacaq cənubi amerikalı 2025-ci ildə meydana çıxa bilməyəcək.

Bu dəyişiklik UEFA Çempionlar Liqasının əsasnaməsinə cari mövsümdən əlavə edilən yenilik sayəsində gerçəkləşib. Klublara zədə səbəbindən uzun müddətə sıradan çıxan futbolçularını digər oyunçu ilə əvəzləmək hüququ verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər