"Qarabağ" Juninyonun transferinin rəsmiləşdiyini bəyan etdi

"Qarabağ" Juninyonun transferinin rəsmiləşdiyini bəyan etdi

"Qarabağ" hücumçusu Olavio Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidməti 28 yaşlı forvardın Braziliya klubu ilə müqavilə imzaladığını bəyan edib.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən Juninyo bu müddətdə 81 matça çıxaraq 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) oyun keçirib. Ön xətt oyunçusu "Qarabağ"la ölkə çempionatının və Azərbaycan Kubokunun qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər