"Qarabağ" heyətinə yüksək səviyyəli hüxumçu qatıb. Fanat.az xəbər verir ki, Ağdam klubu “Sampdoriya”nın hücumçusu Stefano Okakanı transfer edib.
Bu barədə "Qarabağ" fan-klubunun "Facebook" səhifəsi məlumat yayıb. İddiaya görə italiyalı hücumçunun transferinə 1 milyon 200 min avro ödənib. Hətta en.wikipedia.org saytı da Okakanı "Qarabağ"ın üzvü kimi təqdim edib. Lakin Qurban Qurbanov xəbəri təkzib edib.
Qeyd edək ki, Okaka 2013/14 mövsümünü "Sampdoriya"da keçirib. 13 rəsmi oyuna çıxan 24 yaşlı hücumçu 5 qol vurub. O, əvvəllər İtaliyanın "Roma", "Modena", "Breşiya", "Bari", "Parma", "Spezia" və İngiltərənin "Fulhem" klublarında çıxış edib.
Okaka İtaliyanın U-19 (2007-2008, 3 oyun), U-20 (2008, 2 oyun, 2 qol) və U-21 (2009-2010, 7 oyun, 2 qol) yığmalarında çıxış edib.
Fanat.az