Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Xorvatiya klubu ilə oyunda sınayıb.
Belə ki, "Qarabağ" "RNK Split"lə qarşılaşıb. Oyun xorvatların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın yeganə qoluna Namiq Ələsgərov imza atıb.
Qeyd edək ki, 1912-ci ildə yaradılan "RNK Split"ə İvan Matiç başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb.
"Qarabağ" Antalyada daha 5 oyun keçirəcək. Ağdamlılar yanvarın 21-də "Sürix" (İsveçrə), 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
17 yanvar
Qarabağ (Azərbaycan) - RNK Split (Xorvatiya) 1:3
Qol: Namiq Ələsgərov, 70.
Qarabağ (I hissə): Fərhad Vəliyev, İlqar Qurbanov, Şəhriyar Əliyev, Admir Teli, Elçin İsmayılov, Tərlan Quliyev, Fuad Məmmədzadə, Cavid Tağıyev, Ruslan Hacıyev, Tural Rzayev, Tural İsgəndərov.
Qarabağ (II hissə): İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqoli, Muarem Muarem, Hacı Əhmədov, Leroy Corc, Namiq Ələsgərov, Danilo Dias, Vüqar Nadirov.
"Piapilyon" otelinin meydançası.
Fanat.az