"Qarabağ" III dövrənin çempionu oldu

"Qarabağ" III dövrənin çempionu oldu

Topaz Premyer Liqasında III dövrəyə yekun vurulub. Fanat.az xəbər verir ki, 2015-ci ildə baş tutan 9 turun nəticələrinə əsasən “Qarabağ” dövrənin qalibi olub. 

Ağdam təmsilçisi 8 qarşılaşmada 19 xal əldə edib. Hamıdan çox - 6 qələbə qazanan Qurban Qurbanovun yetirmələri ən az - 3 qol buraxmaqla da hamıdan üstün olub. Lider ən yaxın izləyicisi “İnter” kimi hamıdan az - 1 məğlubiyyətə üzülüb və ən yaxşı top fərqinə (+7) nail olub. 

Paytaxt təmsilçisi isə hamıdan çox - 12 qol vursa da, heç-heçə sayında (3) öndə olması üzündən az xal toplayıb. “İnter” kimi 15 xal toplayan “Qəbələ” isə heç-heçə etməməsi ilə diqqət çəkib. “Xəzər Lənkəran” da dövrəni bərabərliksiz keçib. “Sumqayıt”la “Bakı” qələbə qazana bilməyib.

Qeyd edək ki, I dövrənin təxirə salınan AZAL - “Neftçi” oyunu 2015-ci ildə keçirilsə də, III dövrəyə aid olmadığından cədvəldə nəzərə alınmayıb.//pfl.az

Yer

 Komanda

Q

H/H

M

T/F

X

1

 Qarabağ

 6

1

1

10 - 3 

19

2

 Qəbələ

 5

0

3

11 - 8 

15

3

 İnter

 4

3

1

12 - 5 

15

4

 Simurq

 4

2

2

10 - 4 

14

5

 AZAL

 4

2

2

  9 - 5 

14

6

 Neftçi

 4

1

3

  9 - 6 

13

7

 Xəzər Lənkəran

 2

0

6

  8 - 16

6

8

 Sumqayıt

 0

4

4

  4 - 9 

4

9

 Bakı

 0

1

7

  2 - 19

1

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər