Nikolas Gelaşvili "Qarabağ"ı tərk edir. Fanat.az xəbər verir ki, gürcü futbolçu "Zestafoni"yə keçir.
Bu barədə komandanın baş məşqçisi Georgi Qequçadze məlumat verib. Baş məşqçi bildirib ki, futbolçunun özü və klubu ilə razılıq əldə olunub. Gelaşvilinin "Qarabağ"la bir illik müqaviləsi olsa da, bu, onun ölkəsinin klubuna keçməsinə problem yaratmayacaq.
"Zestafoni" bundan əvvəl ötən mövsümün ikinci yarısında "Qarabağ"da icarə əsasında çıxış etmiş Jaba Dvalini və Ağdam klubunun sabiq qapıçısı Boyan Pavloviçi heyətinə qatıb.
Qeyd edək ki, 2008-2012-ci illərdə "Zestaponi"də çıxış edib. Ötən yay Almaniyanın "Bohum" klubundan ölkəmizə gələn futbolçu 34 rəsmi oyuna çıxıb, 1887 dəqiqə meydanda olub və 5 qol vurub. O, bu 3 klubdan başqa vətənində "VİT-Georgia" və "Kaxeti" klublarının formasını geyinib, Gürcüstan yığmasında 19 oyun keçirib.
Fanat.az