"Qarabağ"ı tərk edəcək bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, Ulriş Kapolonqo yayda ağdamlılarla yolları ayıracaq.
Qurban Qurbanov əsas heyətdə şans vermədiyi konqolu forvardın komandada qalmasını istəmir. Kapolonqo "Qarabağ"a gəlməzdən əvvəl oynadığı İordaniyadan təklif alıb. O, böyük ehtimalla Azərbaycandan ayrıldıqdan sonra bu ölkəyə üz tutacaq.
Qeyd edək ki, "Qarabağ"a İordaniyanın "Şabab Al-Ordon" klubundan gələn 24 yaşlı hücumçu ölkəmizdə (Premyer Liqa, Azərbaycan Kuboku və Avropa Liqası) 20 oyun keçirib, 614 dəqiqə oynayıb və 2 qola imza atıb. Ulriş vətəninddə ACNFF və "CARA Brazzaville" klublarının şərəfini qoruyub. O, Konqo milli komandasının üzvüdü.
Fanat.az